
Hətta Təbrizlə bağlı mahnıllarımız belə sövet dönəmində bilərəkdən təhrif edilib. "Qaragilə" mahnısında o məşhur misra əslində ilkində belə yazılıb:
Təbrizin küçələri dolanbadolan.
Amma xanəndələrimiz Təbrizim əvəzinə şəhərim oxuyublar.
Şəhərin küçələri dolanbadolan.
Yaxud Baba Mahmudoğlunun oxuduğu-
Yar, oyana döndər məni,
Bu yana döndər məni
Ürəyim yaralıdı
Təbibə göndər məni-
bəndini götürək. Əslində ilkin variantda bu belə səslənib:
Yar, o yana göndər məni,
Bu yana göndər məni,
Ürəyim yaralıdı
Təbrizə göndər məni.
Yaxud: Arazı ayırdılar
Qum ilə doyurdular-
oxudublar bizə.
Əslində isə:
Arazı ayırdılar
Qan ilə doyurdular- olub .
Düşmən sözümüzdən, nəğməmizdən, səsimizdən qorxub həmişə. Onu təhrif etdirib, unutdurub, əsas məqsəddən fikrimizi yayındırıb həmişə. Təbriz ruhumuzun şəhəridi. Təbrizdə yenə ruhumuz, sözümüz, mahnımız özünə qayıdıb. Zaman- zaman nəsə aldırmaq istəmişik Təbrizdə. Amma nəsə alınmayıb. Deyəsən, bu dəfə alınacaq.
Mübariz Məsimoğlu.
DÖRDÜNCÜDALĞA.AZ