Xətai rayon Günəşli "V" massivinin sakinləri yaşadıqları binanın arxa hissəsində tikinti aparmasından narazılıq edirlər. Sakinlər bildirir ki, bundan öncə də sözü gedən ərazidə 3 mərtəbə tikili tikilib. 

Tikintidən sonra yaşadıqları mənzillərdə nəmişlik başlayıb, bundan əlavə sakinlər mənzillərinə hava gəlmədiyindən də, şikayətlənirlər.

Məhlələr ilə bağlı adiyyatı qurumlara şikayət etsələrdə nəticəsi yoxdur. Daha sonra vətəndaşlar qeyd edir ki, sözü gedən ərazidə yeni tikilinin nə olacaqı barədə onlara heç bir məlumat verilmir.

Sonda etiraz edən sakinlər ölkə başçısından və adiyyəti qurumlardan kömək istəyiblər.

"Dördüncü Dalğa"nın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə sözü gedən ərazidə çörək bişirmə sexi tikiləcək.

Tikintini isə Binə çörək zavodunun həyata keçirəcəyi deyilir. Məsələ bilə bağlı Binə çörək zavodu ilə əlaqə saxladıq, ərazinin onlara adiyyəti olmadığını bildirdilər, qeyd etdilər ki, ittihamların tamamilə yalan və şər böhtandır. O ərazidə Binə cörək zavodu heç bir tikindi işi aparmır.



"Dördüncü Dalğa" qarşı tərəfin mövqeyini tanıyır

DÖRDÜNCÜDALĞA.AZ