
Ölkəmizdə günü-gündən inkişaf edən hotel hostel, şəraitləri qiymətləri heçdə digər ölkələrdən geri qalmır.
Amma çox təəssüflər olsun ki, bu işdən su istfadə edərək ölkəmizə xələl gətirən şəhər mərkəzindən kənarda gizlənib ölkə nüfuzuna xələl gətirən hotel adı altında əxlaqsızlıq yuvası kimi faliyyət göstərənlərdə var. "Dördüncü Dalğa" ya məlumat verən adının çəkilməsini istəməyən valdeyinlərdən biri bildirir ki, onun övladı və bacısının 13 yaşlı qızı 28.12.2022 cu il tarixində təxminən saat 17:00-18:00 radələrində yaşadıqları ünvandan yoxa çıxıb.

Sözü gedən azyaşlılar hüquq-muhafizə orqanları tərəfindən dindirildikdən sonra məlum olub ki, onlar evdən çıxarkən iki nəfər 20-21 yaşlı bəylər tərəfindən məcburi qaydada hətta zorakılığ və təhdid altında Abşeron rayon Xırdalan qəsəbəsi Şah Abbas adlanan ərazidə hotel adı altında faliyyət göstərən əslində isə əxlaqsızlıq yuvası olan "Darvaza" hotelə aparıblar.

Günahkarlar isə bu cür məkanları kimlərinsə himayədarlıqı altında işlətməsi ilə əldə etdiyi qazancla qız övladlarını bədbəxt edir. Görəsən günü-gündən inkişaf edən ölkəmizdə azyaşlıların sənədlərinin yoxlamadan onları hotelə buraxmaq bu cür xoşa gəlməz halların davamlı inkişafının arxasında hansı qüvvələr dayanır?

"Dördüncü Dalğa" ya müraciət edən azyaşlıların valdeyinləri bildirir ki, baş vermiş xoşagəlməz hadisə ilə bağlı hazırda Bakı Şəhər Baş Polis İdarəsində araşdırma gedir. Azyaşlı qızların üzərində müəyyən ekspertiza hərəkətləri aparılaraq hüquq-muhafizə orqanları ədalətli araşdırmalar aparır.
"Dördüncü Dalğa" mövzunu diqqətdə saxlayacaq inanırıq ki, güc strukturları ölkəmizdə qeyri-qanunu fəaliyyət göstərən bu cür axlaqsız yuvalarının fəaliyyətini tez bir zamanda aşkar ederək dayandıracaq.
VİDEO
DÖRDÜNCÜDALĞA.AZ