Məsələn, nəinki Naxçıvan, nəinki Qarabağ, nəinki Qaradağ heç Azərbaycanın özü belə Azərbaycan deyil
Məsələn, mən şəkili olaraq naxçıvanlı, o qazaxlı olaraq Qaradağlı deyil. Məsələn, qax lerikin, lerik qubanın, qusar xaçmazın, xaçmaz tovuzun heç yatsa belə yuxusuna girməz. Məsələn, muğam, sazın, saz cazın, caz qəzəlin heç yüz ağac yaxınlığına belə düşə bilməz. Məsələn, turandan danışmaq cənubi Azərbaycanın heç yaralı barmağına kiş də eləməz.
                                     xxx

   Məsələn niyə Anar xalq yazıçısıdır, Vaqif Nəsib Sarıhüseyin oğlu yox? Məsələn Azərbaycan dilini bilmıyən Çingiz Abdullayev niyə prezident təqaüdü alır, amma Azərbaycan dilinin ən gözəl qatlarında qələmin ruhuna ruh verən  Ustad yox? Məsələn...

P.S. məsələn, Abdullayev yerinə texniki səhv edib Hüseyinov yazmışdım, elin qınağı məni yerlə yeksan elədi...

                                    xxx

   Axır ki, bir nəfər şair xanımı  böyük olaraq öz yerində, yurdunda, məqamında  şairə, həyat yoldaşına - Anar Aminə  verdiyi həqiqi  dəyərlə sözə, ədəbiyyata və həyat yoldaşına olan  həqiqi sevgisini sözü və əməliylə  təsdiqlədi. Nə dedi Anar haqqında, o böyük xanım? Dedi ki,  get ürəyin necə istəyir o cür ye, iç, çünki sən Ramizdən böyük şairsən. Eşq olsun.

                                    xxx

   Məsələn, prezident niyə şairə, aktyora, müğənniyə, jurnalistə ad- san, iş, ev, ödül verməlidir, amma həkimə, sürücüyə, fəhləyə, bostançıya, dəmirçiyə, dülgərə, misgərə, zərgərə və sairəyə yox. Məsələn, ad alan şairin, aktyorun, müğənninin, jurnalistin ad almayan şairdən, aktyordan, jurnalistdən, müğənnidən nəyi artıqdır? Məsələn...

                                    xxx

   İndi Aydın Canla telofonda danışa- danışa qəfildən ağlıma belə bir fikir gəldi. Aydının özünə dedim xoşuna getdi. Qoy, millətə də söyləyim başım bu fikirdən azad olsun. Aydına dedim ki, Aydın, mənə elə gəlir ki, hardasa yuxarıda yekə bir şey var,  o şey özündən aşağıdakı özündən balaca şeyləri şeyinə dolayır. O aşağıdakı balaca şeylərdə özündən aşağıdakıları. Onlar da özündən bir az aşağıdakıları. Və bu dolamalar ən aşağıda duran Aydın Cana qədər davam edir.Aydına çatanda  Aydın başına döndüyüm də eləməyib tənbəllik ən aşağıdan yuxarı doğru ən aşağı şeydən ən baş şeyə qədər nə varsa hamısını özünün balaca şeyinə dolaya- dolaya gedir. Ara yerdə zərbələr mənə dəyir.