
“NATO-nun silah-sursat ehtiyatlarının böyük hissəsi tükənib. Bu baxımdan onların istehsalını artırmaq lazımdır”.
Dördüncü Dalğa.az Modern.az-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Baş katib Ukraynaya uzunmüddətli dəstək üçün hərbi potensialı aktivləşdirməyin lazım olduğunu bildirib.
Bundan əlavə, Stoltenberq Alyansın silah və sursat ehtiyatlarının böyük hissəsinin tükənməsi səbəbindən hərbi-sənaye kompleksinin fəaliyyətini gücləndirməyə çağırıb.
“Bunu heç vaxt unutmamalıyıq, bizim ödədiklərimiz sadəcə pulla, Ukraynanın ödədiyi qiymət isə hər gün həyatla, qanla, ölçülür və biz onları dəstəkləməyə borcluyuq”, – deyə Stoltenberq qeyd edib.