
Qərb Ukraynaya növbəti hərbi yardım başlayıb. Almaniya Ukraynaya daha hərbi yardım paketi bağışladı. Bunu Almaniya Federal Hökumətinin saytında yenilənmiş yardım siyahısı təsdiq edir.
•MLRS MARS II üçün döyüş sursatı;
• 3 ədəd M1070 Oshkosh ağır yarımqoşqu (cəmi artıq 8 ədəd);
• Sərhəd xidməti üçün 17 ədəd avtonəqliyyat vasitəsi (cəmi artıq 39);
• 1 yükləyici (cəmi artıq 4);
• M2 ağır pulemyot üçün ehtiyat hissələri;
• zirehli bərpa maşınları üçün 24 MG3 (cəmi artıq 30);
• 10 dron əleyhinə sensorlar (cəmi artıq 28); • Dronlardan qorunmaq üçün elektron cihazlar üçün 20 xüsusi qurğu;
• 116 sahə qızdırıcısı.
Bir qısa, maraqlı və fakt-məntiqli təhlil aparaq.
Hazırkı Rusiya-Ukrayna müharibəsinin gedişatı demək olar ki, əsasən, hərbi texnika döyüşünə keçib. Müasir dövr hərbi texnikası insanı kənar qoyur, insan qarşıdurmasına az ehtiyac yaradır.
Hərbi texnikada isə, Qərblə Rusiyanın arasında bu nisbətdir hal hazırda: Qərb-NATO illik hərbi büdcəsi 1 trilyon 500 milyard, Rusiyanın cəmisi 55 milyard dollardır. Tək ABŞ hərbi büdcəsi 800 milyarddır, Rusiyadan 16 dəfə çox. Ümumənsə, Qərb hərbi büdcəsi Rusiyadan 30 dəfə çoxdur!
Yəni, Rusiya hərbi büdcəsi Qərb hərbi büdcəsi, imkanının cəmi 4%-ni təşkil edir. Və bu gedişlə Rusiya tab gətirə bilərmi? Bilməz və tükənib də çökər bu cür qarşıdurmada. Qərbinsə Ukrayna müharibəsində taktikası budur: Rusiyanı uzüb, tükədib, çökdürmək. Rusiya səhv edib qoşulub qızışaraq bu çətin yarışa, özü də hiss etmədən Ukrayna savaşı adı altında və faktiki isə Qərblə.
P. S. Hələ silahların keyfiyyətindın söz açmadıq.

İLQAR ALTAY
DÖRDÜNCÜDALĞA.AZ