
Ukraynaya Tayvanda istehsal olunan “DronesVision ADS” silahının verilməsi planlaşdırılır.
Dördüncü Dalğa.az xəbər verir ki, bu məlumatı “Sofiya Kiyevskaya” beynəlxalq xeyriyyə fondu yayıb.
Məlumata görə, dron əleyhinə istifadə olunan bu silahdan Kiyevə 1000 ədəd göndərilməsi nəzərdə tutulur. Bu silahların kritik infrastruktur obyektləri və Ukrayna şəhərlərində istifadə ediləcəyi vurğulanıb.
Qeyd edək ki, bu silahlar dronları 2000 metrdə məhv etmək gücündədir. Onun çəkisi cəmi 5,5 kiloqramdır
DÖRDÜNCÜDALĞA.AZ