"ELLİPS" CLUB və əvvəllər  "EXTRA CLUB" İndi isə "MUZİKOLBAKU" adı altında  işə başlayır. 

"Dördüncü Dalğa" xəbər verir ki, Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində Gecə Clubu kimi fəaliyyət göstərən "ELLİPS" CLUB və "EXTRA" CLUB  dəfələrlə qoyulan qayda qanunlara əməl etmədiyi üçün aidiyyatı  Orqanlar tərəfindən fəaliyyəti dayandırılmışdır.
Hətta "Clublar Kralı"kimi tanınan   clubun rəhbəri Dilsuz Dəmirçiyev və digərləri törətdikləri əmələ görə barələrində həbs qətimkan tədbiri seçilərək məsuliyyətə cəlb olunmuşdular.

Fəaliyyəti dayandırılmış Clublar 14.12.2022-ci il tarixdə yenidən Fəaliyyətə başlayır. 

Əldə etdiyimiz məlumata görə, Clubun fəaliyyətinə qoyulan qadağalara baxmayan Dilsuz Dəmirçiyev  hansısa yollarla qeyri-qanuni şəkildə Clubu Ərəblərin üzünə açaraq Qadınlarımızı Əbdül Xaliqlərin hisslərinə qurban verir desək yanılmarıq. 

Ölkədə belə klubların fəaliyyət göstərməsi, danılmazdır ki, fahişəliyi təbliğ elməklə bir çox ailələrin dağılmasına və boşanmasına  şərait yaradır.
Hətta onuda qeyd etmək yerinə düşər ki, sözü gedən məkanlara artıq Universitet tələbələri belə maraq göstərək üz tutur.

Bir sözlə Gənclərimizin Bədbəxtliyi üzərində İşbazlar öz xoşbəxtliyin qurur. Bəs Ədalətli Aidiyyatı Orqanların cavabı necə olacaq...

"Dördüncü Dalğa" olaraq iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq! 

DÖRDÜNCÜDALĞA.AZ