![](/uploads/posts/2023-12/medium/1702915566_1702915577061.png)
"Dördüncü Dalğa" xəbər verir ki, bloger artıq sosial şəbəkə hesabında aktivdir və müntəzəm paylaşımlar edir.
O, hətta dünən stadionda "Qarabağ"ın oyununu da izləyib. Rəsulun imicini dəyşməsi də nəzərdən qaçmayıb.
![](/uploads/posts/2023-12/medium/1702916152_1702916127526.png)
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Rəsulov 5 il, Orxan Səfərli 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdə onların cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəkləri qeyd olunub. Digər təqsirləndirilən Ruslan Məmmədova isə şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi onların hökmdən şikayətini təmin etməyib.
Cinayət işi üzrə 52 nəfər zərərçəkmiş qismində tanınıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sonradan xəsarət alanlardan 3-ü xəstəxanada dünyasını dəyişib.
DÖRDÜNCÜDALĞA.AZ