"İrəvan " Futbol Klubu ASK Arenada məşqlərini davam etdirir. Klubun Mətbuat Xidmətindən verilən məlumata görə keçirilən məşqlər Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin , " İrəvan " FK-nın İdarə Heyətinin sədri Zülfüqar Kazımovun və klubun prezidenti Zahid Niyazəliyevin diqqətindən yayınmır.Belə ki,rəhbərlik məşqləri izləyir, yeni transfer olunan futbolçularla mütəmadi maraqlanırlar. Böyük məqsədlərə doğru irəliləyən, 1-ci Liqada mübarizə aparacaq "İrəvan" Futbol Klubu çalışmalarını davam etdirir. Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçiriləcək. Reqlamentə görə, I Divizionda 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq.