
Dünən Tovuzdan Zabrata qayıdanda qəribə bir xəbər aldım. Zabrat məscidinin axundunu dəyişdirilməsi xəbərini. Aldığım məlumata görə Zabratın axundunu dəyişib onun yerinə Nəriman İbayev adlı birisini təyin ediblər. Onu da qeyd edim ki, Zabratın axundu titulunu Hacı Eyvaza kənd camaatı özü verib. Uzun illərdir ki, o bu titulu ləyaqətlə ləyaqətə mindirir. Zabratın ən təmiz ailəsində doğulub yetişmiş din və dövlət ərkanına sahib olan bir insandır. İndi onun yerinə Nərman İbayev adlı birisini təyin ediblər.Mən bilmirəm bu təyinat hökumət məmurları tərəfindən irəli sürülüb, yoxsa Qafqaz Müsəlmanları idarəsi tərəfindən. Yoxsa ikisinin birgə təsəbbüsü ilə həyata keçirilib.Hər üç halın üçü də yalnışdır. Əvvala, bu Nəriman İbayevin kimliyi barədə İnternet məkanında çox neqativ məlumatlar yayılıb. Məlum olan budur ki, özü İmişlidəndir. Hansı yollası Tovuzda bir məcidə axund təyin edilib. Axundu olduğu məscidi çox bərbad vəziyyətə salıb. Əhaliilə dil tapa bilməyib oradan uzaqlaşdırılıb. İndi Zabrat məscidinə göydən zənbillə endirilib. Zabrat məscidi, məhz, hacı Eyvazın nüfuzu və təşkilatçılıq qabiliyyəti əsasında təzədən təmir olunub gül kimi bir vəziyyətə salınıb. Nizamı, intizamı var.Kənd camaatının rahat şəkildə dini rituallarını həm fiziki, həm də mənəvi baxımdan həyata keçirən bir
müqəddəs yerə dönüb artıq bu məscid. İndi bu məscidə Nəriman İbayevi axun təyin etməklə Zabrat camaatına arxadan xəncər vurublar. Yuxarıda qeyd etdiyim kimi Zabrat aman əhlidir,amma ta bu qədər də yox. Özlərinin yığışdığı bir müqəddəs məkanı hansısa İbayevə güzəşt edtmək artıq bu böyük ürəkli insanlar üçün qırmızı xətt olacaq məncə. Hələlik bu qədər. Mövzunu diqqətdə saxlayacağıq. Bu yazıya İbayev haqqında dölğun məlumat verən bir video yazını da əlavə edirəm.Qoy kimin kim olması aydınlaşsın...
Mübariz Məsimoğlu
DÖRDÜNCÜDALĞA.AZ