
“Son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə bədniyyətlilikdən İranın Azərbaycan Respublikası ilə müharibə aparmaq istədiyi barədə şayiələr yaydılar”.
"Dördüncü Dalğa"Global infaya istinadən bildirir ki, bu sözləri İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.
“Bu, İrana qarşı böhtandır. İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, xüsusən də qonşularına, eyni irqdən, dildən, dindən, məzhəbdən, adət-ənənədən, tarixdən olan insanlara, yəni Azərbaycan Respublikası xalqına hücum etmək planı yoxdur. Azərbaycan gözümüzün işığıdır. İran heç vaxt Azərbaycanı işğal etmək və ya Azərbaycana nəzarəti ələ keçirmək niyyətində olmayıb.
Hər bir azərbaycanlı iranlıdır, hər bir iranlı da azərbaycanlı… Mən də azərbaycanlıyam. Qürurla deyirəm ki, digər iranlılar kimi, mən də özümü azərbaycanlı hesab edirəm. İranın hər bir hissəsini qəlbimin bir guşəsi hesab edirəm və hətta onu qorumaq üçün canımı da verərəm”.
DÖRDÜNCÜDALĞA.AZ