
Kim deyir ki, Əli Əliyevin suçu yoxdur. O, yalan deyir. Əlbətdə, Əli Əliyevin günahı var. Çünki o, bir zamanlar ona səlahiyyət veriləndə Cəmil Həsənliyə həqarət yağdıraraq, onun pişiyini ağaca dırmaşdırmaq istəyirdi. O zaman etdiyi təhqirə görə Əlini tutsaydılar mən buna haqq qazandırardım. Amma onu buna görə tutmayıblar. Onun pişiyini tam başqa şeyə görə ağaca dırmaşdırıblar.
Və bu müstəvidə kim deyirsə ki, Əli, Əliyevin günahı var, o da tam yalan deyir. Yəni buradan anlaşılan odur ki, Əlini həm suçu var, həm də yoxdur. O, indi suçuna görə yox, suçsuzluğuna görə cəzalandırılır. Amma suçsuzluğunun nə olması mənə çatmır.
Mübariz Məsim oğlu
DÖRDÜNCÜDALĞA.AZ