
Könül, çox iş gələr həyatda başa,
Olan şeydir, pis deməyə tələsmə.
Rəng qat çixib getsin, ömrünü yaşa,
Öz baxtından küs deməyə tələsmə.
Varlının süsü var, kasıbın hisi,
Tanı mərd kasıbı, varlı iblisi,
Arif ol ayırd et yaxşıyla pisi,
Aşkar edər süs deməyə tələsmə.
Mikayıl, tüstü var- yandırar, yaxar,
Kor edər gözünü, düz yerdə yıxar,
Tüstü var- adamın başından çıxar,
Hər tüstüyə his deməyə tələsmə.
MİKAYIL BOZALQANLI
DÖRDÜNCÜDALĞA.AZ