Xeyli vaxtdır ki, bir mübahisə baş alıb gedir. Meyxanə ədəbiyyatdırmı? Meyxanəçi şairdirmi? Bu mövzuda hərə bir münasibət qoyur ortaya.Bizə görə malı mala qatmaq olmaz: şair şairdi, meyxanəçi meyxanəçi. Şairin yazdığı xalqa, meyxanəçinin söylədikləri kütləyə hesablanıb. Şair xalqı ayıldır, meyxanəçi kütləni daha da kütləşdirir. Bu qədər sadə və aydın.

Mübariz Məsimolu