
"Dördüncü Dalğa" xəbər verir ki, bu barədə Gununsesi.info-ya bir qrup Bərdə sakinlərinin yazdığı müraciətdə bildirilir.
Sakinlər adından yazılan məktubda deyilir ki, Vidadi İsayev şəhid ailələri və qazilərin problemlərini təşkil olunan tədbirlərlə ört-basdır edir: “Bütün işləri də işçilərinə tapşırır. Fərdi şəkildə nə şəhid ailələrinin, nə də qazilərin qayğıları ilə maraqlanmır. Onun rayona məxsus örüş-otlaq sahələrini satması , Mənzil Kommunal Birliyinin yanacağına göz dikməsi faktları var”.
Sakinlər iddia edir ki, Vidadi İsayevdən hüquq-mühafizə orqanlarına edilən şikayətlər arasında onun cinayət məsuliyyətinə cəlb olunmasına əsas verən faktlar da var.
DÖRDÜNCÜDALĞA.AZ