
"Dördüncü Dalğa" xəbər vrir ki, “Qafqazinfo”nun məlumatına görə, tibb müəssisəsini məhkəməyə Vətən müharibəsi qazisi Hüseynov Ülvi Məsum oğlu verib.
İddiaya görə, qazinin “HB Güven”də ayağı amputasiya olunan zaman, digər ayağı əməliyyat zamanı yandırılıb.

Əməliyyat tanınmış professor, travmotoloq Çingiz Əlizadənin rəhbərliyi ilə keçirildiyindən, o da məhkəmədə cavabdeh qismində çıxış edəcək.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Ülvi Hüseynov ötən ilin aprelində “YAŞAT” fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən qazilər sırasında idi.

DÖRDÜNCÜDALĞA.AZ