
"Dördüncü Dalğa" bildirir ki, Ovqat.com-un məlumatına görə, onlardan biri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elçin Əhmədovdur.
Bildirilir ki, Elçin Əhmədov Naxçıvan MR DİN-də yaşanan qanunsuzluqlarla bağlı DTX-ya məktub yazmağı planlaşdırır. Aldığımız məlumatı dəqiqləşdirmək üçün Elçin Əhmədovla əlaqə saxladıq. O da faktı təsdiqlədi.

Ona rahat iş tapmaq imkanı vermək istəməyən Naxçıvan MR DİN rəhbərliyi Elçin Əhmədovun əmək kitabçasına xidmətə yararsız maddəsi yazaraq polis orqanlarından uzaqlaşdırmış, faktiki olaraq bir savadlı hüquqşünasın karyerasını məhv etmək yolunu tutmuşdur.
Elçin Əhmədov üzləşdiyi bu haqsızdan sınmamış, Bakıya gələrək, vəkillik imtahanlarına hazırlaşmış və imtahanı qazanaraq vəkillik etməyə başlamışdır. O hazırda VK-nın üzvüdür.
Elçin bəydən DTX-ya yazacağı məktubda əsasən nədən bəhs edəcəyini soruşduq. O, “gördüyü nikbü-bədi izhar edəcəyini” bildirdi. Söz verdi ki, məktubun bir nüsxəsini də bizə göndərəcək. Səbrsizliklə, onun Naxçıvan DİN-də bir çox cinayətlərin üstünü açacağını düşündüyümüz məktubunu gözləyirik.

Əldə etdiyimiz məlumata əsasən, Elvin Mikayılov artıq Azərbaycan DİN-nə öz işinə bərpa olunması xahişi ilə müraciət edib. Məlumatı Elvin bəyin özü də təsdiqlədi və Daxili İşlər naziri, polis general-polkovniki Vilayət Eyvazova ünvanladığı müraciətin surətini bizə göndırdi.
Müraciətdə deyilir.

2012-ci ildə Polis Akademiyasını bitirmişəm, ehtiyatda olan polis mayoruyam, 10 il qüsursuz xidmətə görə medalım var və peşəkarlıq dərəcəm 2-ci dərəcədir. İngilis və rus dillərini bilirəm, ərəb-fars dilində oxuyub yaza bilirəm, kompüter biliklərim var, Microsoft Office proqramlarında sərbəst işləyirəm. 2021-ci ildə öz arzumla (öz arzum olsaydı, 14 ilimi yerə vurmazdım) daxili işlər orqanlarından xaric olunmuşam. Yaşayış evim Naxçıvan şəhərindədir və orada qeydiyyatdayam. Hal-hazırda Bakı şəhərində kirayə yaşayıram Daxili işlər orqanlarına yenidən bərpa olub Naxçıvan şəhərində işləmək istəyirəm. Xahiş edirəm məni daxili işlər orqanlarına bərpa edəsiniz”.
“Bakının digər agentləri”nin də eyni addım atacağı bildirilir.
DÖRDÜNCÜDALĞA.AZ