
Nəzarətsiz qalan körpə 2 mərtəbəli yataqdan yıxılaraq ayağını sındırıb. Təqdim edəcəyimiz videodan da göründüyü kimi azyaşlı Firəngiz Fərruxlu yataqdan düşmək istəsə də yanında olan tərbiyəçi ona məhəl qoymayaraq işini davam edir, uşaq isə özü düşmək məcburiyyətində qalır. Anası Mehriban Fərruxlunun bildirdiyinə görə düşərkən yerə yıxılan Firəngiz hazırda xəstəxanada müalicə olunur. Deputatın qızı isə özünə aid olan baxçada baş verən hadisəni mediadan və uşağın anasından gizlətməyə çalışsa da buna nail olmayıb.

Sözügedən video görüntünü təqdim edirik:
DÖRDÜNCÜDALĞA.AZ