
Bilənlər bilir ki, deputat olmasına baxmayaraq, Məhşur Məmmədov çox savadsız adamdır. Onun ictimai-siyasi proseslərdən elə də dərin anlayışı yoxdur. Ancaq zaman-zaman görürük ki, o, mətbuatda hansısa məsələ barədə açıqlama verib. Savadsız bir adam ciddi mövzular barədə necə açıqlama verə bilər? Məlumatda deyilir ki, həmin yazıları yazdırmaq üçün Məhşur Məmmədovun ayrıca adamları var.
Bu arada xüsusi ilə qeyd etmək lazımdır ki, Məhşur Məmmədov yığıncaqların birində qazilərə dövlət tərəfindən dəstəyin dayandırılması barədə təşəbbüs irəli sürəcəyini deyib. Həmin məlumat jurnalistlərin birinə sızdırılmış və söhbət sosial şəbəkələrdə yayımışdır. Çox keçmədən deputat böyük məbləğ qarşılığında məlumatı sildirməyi bacarmışdır.
Başqa bir məlumatda isə bildirilir ki, tanınmış müğənni Rəhim Rəhimlinin ölüm xəbəri bəziləri kimi deputat Məhşur Məmmədov da çox pis təsir edib. Hətta o, bu xəbəri eşidən kimi halı pisləşib və yerə dəyib. Maraqlıdır ki, onları bir-birinə hansı tellər bağlayır.
Deputat Məhşur Məmmədovun adı narkotik ticarətində də tez-tez hallanır. Bu və digər məsələlər barədə növbəti yazılarımızda ətraflı məlumat verəcəyik.
Qarşı tərəfin mövqe haqqını tanıyır. (7gun.org)
DÖRDÜNCÜDALĞA.AZ