Doktor Məhərrəmov " Bakı Medikal Plaza Medilux Plastik Cərrahiyə və Kosmotologiya Mərkəzinin" rəhbəridir. Səhərdən axşama kimi bir cərrahi əməliyyatdan çıxıb digər cərrahi əməliyyata girir. Oturub dincəlməyə, demək olar ki, heç vaxtı yoxdur. Əməliyyatlar arası xəstə və xəstənin sahibi ilə ayaq üstü bir- iki dəqiqə danışmaq imkanı tapır. Bu bir- iki dəqiqədə adama xeyli informasiya ötürmək qabiliyyətinə malikdir.

 Təmkinlidi, nikbindi, özünə, işinə, vədinə və sözünə çox arxayındı. Nüfuzedici baxışlara malikdir. Ürəyi ipək kimidi. Əlləri qızıldı. Yaraya tikişləri zərgər dəqiqliyi ilə qoyur. Xəstənin canını incitmir, ruhunu xoş edir. Sözüylə, işiylə əməliylə dünyaynın gözəlliyini artırır. 
Gözü tox adamdı. Qiymət məsələsində adamın damarına baxıb qanını alır. Narazı qoyduğu bir xəstəsi, pasiyenti belə yoxdu. İşçilərinin üzündən nur yağır.
 
  3 gün bundan əvvəl bu böyük insan mənim Dənizimi əməliyyata aldı. 2 saat 20 dəqiqəlik bir əməliyyat prosesindən sonra mənimlə qapının ağzında ayaqüstü söhbət elədi. - Şair, qorxulu heç nə yoxdu. Hər şey əladı. Əməliyyat əla keçdi. Bu gün 6- 8 arasında palatada nəvəni görə bilərsən. Sabah evə yazacağam...

     Nəvəmi görəndə gözlərimə inanmadım. Yaralarındakı sarğı çox zərif bağlanmışdı. Hər iki əlində və ayağında əməliyyat aparılmasına baxmayaraq mənim Dənizim  elə bil heç əməliyyat olunmamışdı...
    Dənizim indi evdədi. Sapasağlamdı. Pisixoloji cəhətdən mükəmməldi. Bizimlə deyib gülür, oynayır. Gözləntilərimizin əksinə olaraq heç bir ağrı- zad hiss eləmir...

     Heç bilmirəm, Dilqəm həkimə necə təşəkür edim. Yaxşı ki, Azərbaycan Səhiyyəsinin özəl sistemində dünyanın gözəlliyini gözəl və özəl şəkildə öz xəstələrinə bağışlayan gözü- könlü dünya malından tox belə bir həkim var. Arzum budur ki, Dilqəm həkimin ipək kimi ürəyi, qızıl əlləri daim var olsun. Heç bir xəstəsini heç vaxt ümidsiz qoymasın...

Mübariz Məsimoğlu